"Bornmut" "Milan"dan icarəyə götürdüyü Aleks Ximenesin transfer hüquqlarına yiyələnəcək.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Premyer Liqa klubu 20 yaşlı mərkəz müdafiəçisi üçün 18,5 milyon avroluq satınalma bəndini işə salacaq. İspaniya millisinin üzvü "Bornmut"la 4,5 illik müqavilə imzalayacaq.

Qeyd edək  ki, "Bornmut" Aleks Ximenesi mövsümün əvvəlində icarəyə götürüb. Gənc futbolçu "albalılar"ın heyətində keçirdiyi 21 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest