"Rasinq"in futbolçusu Serjio Martines karyerasını La Liqada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

"Barselona" və "Vilyarreal" 18 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. La Liqa klubları ispaniyalı oyunçu üçün "Rasinq"lə danışıqları davam etdirir.

Qeyd edək ki, Serjio Martines bu mövsüm II La Liqa təmsilçisinin heyətində keçirdiyi 3 oyunda 1 qol ötürməsi edib. O, İspaniyanın U-19 millisinin üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest