"Barselona" Fermin Lopesin müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq ispaniyalı hücumameyilli yarımmüdafiəçi ilə razılıq əldə olunub. Yeni sözləşmə ilə 22 yaşlı futbolçunun maaşı artırılacaq.

Qeyd edək ki, Fermin Lopes "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində keçirdiyi 25 oyunda 10 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest