26 Yanvar 2026, 11:11
FUTBOL
"Atalanta"nın futbolçusu Daniel Maldini A Seriyasında klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Latsio" italiyalı hücumameyilli yarımmüdafiəçini icarəyə götürəcək. Paytaxt klubu 14 milyon avro ödəməklə 24 yaşlı oyunçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, Daniel Maldini bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 11 oyunda 1 qol ötürməsi edib.

_1769431508.jpg)



_1769425686.jpg)






