25 Yanvar 2026, 20:00
FUTBOL
"Barselona"nın 18 yaşlı hücumameylli yarımmüdafiəçisi Droz Fernandes karyerasını PSJ-də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Klublar arasında razılaşma, 6 milyon avrodan bir qədər çox olan sərbəst buraxılış bəndi ilə bağlı müsbət danışıqlardan sonra təsdiqlənib.
PSJ ötən həftə oyunçunun şəxsi şərtlərini qəbul edib və o, Fransa klubuna keçməyə hazırdır.
İspaniyalı futbolçu karyerası ərzində kataloniyalıların əsas komandasında 5 oyun keçirib və 1 məhsuldar ötürmə edib.












