"Barselona" və Uruqvayın "Defensor Sportinq" klubu 19 yaşlı sol cinah müdafiəçisi Patrisio Pasifikonun icarəsi ilə bağlı razılığa gəliblər. Müqavilənin yaxın saatlarda yekunlaşacağı gözlənilir.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Bildirilir ki, oyunçu Kataloniya klubu ilə ən azı 10 oyun keçirərsə, təxminən 2 milyon avroya satın alma seçimindən istifadə etmək məcburiyyətində qalacaqlar. Uruqvaylı futbolçunun 3 illik müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Pasifiko 2024-cü ilin fevral ayından "Defensor Sportinq"in əsas komandasında çıxış edir. Bu müddət ərzində müdafiəçi bütün yarışlarda 40 oyunda meydana çıxıb və 2 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 650 min avrodur.












