25 Yanvar 2026, 10:47
FUTBOL
"İnter Mayami" ulduz hücumçu Lionel Messinin karyerasının son klubu ola bilər.
Matc.az xəbər verir ki, bu barədə "TransferFeed" məlumat yayıb.
Bildirilir ki, Messi Amerika klubu ilə müqaviləsi bitdikdən sonra yeni komanda axtarmağı planlaşdırmır.
Messinin MLS klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir.
Xatırladaq ki, argentinalı futbolçu 2023-cü ilin iyul ayından bəri ABŞ-da oynayır. O vaxtdan bəri Messi "İnter Mayami"də 88 oyun keçirib, 77 qol vurub və 44 məhsuldar ötürmə edib.












