"Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neveş Avropaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

"Real" portuqaliyalı futbolçunu transfer etmək istəyir. "Kral klubu"nun Neveşi 23 milyon avro qarşılığında heyətinə qatmaq ehtimalı yüksək qiymətləndirilir. 28 yaşlı dayaq yarımmüdafiəçisi Səudiyyə Ərəbistanı klubundan ayrılmağa isti yanaşır.

Qeyd edək ki, "Əl-Hilal" Ruben Neveşi 2023-cü ilin yayında "Vulverhempton"dan 55 milyon avroya transfer edib. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində keçirdiyi 21 oyunda 8 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest