22 Yanvar 2026, 00:32
FUTBOL
"Çelsi"nin üç əsas oyunçusu müqavilələrini daha əlverişli şərtlərlə uzatmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı BBC paylaşıb.
Yarımmüdafiəçilər Moyses Kaysedo, Enzo Fernandes və müdafiəçi Livay Koluill klubda qalmaq və yeni, daha sərfəli müqavilələr imzalamaq istəklərini bildiriblər. Lakin, "Çelsi" müqavilələrin uzadılması ilə bağlı danışıqları yaya qədər təxirə salmağı planlaşdırır.
Komanda hazırda 22 oyundan sonra 34 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı yerdədir.











