21 Yanvar 2026, 22:41
FUTBOL
"Barselona" və Polşa millisinin hücumçusu Robert Levandovski bu yay MLS klubuna qoşula bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq paylaşıb.
Bildirilir ki, Şimali Amerika liqası 37 yaşlı polşalı oyunçu ilə işləmək perspektivini ciddi şəkildə nəzərdən keçirir və oyunçunun özü də bunda maraqlıdır.
Robert Levandovski üçün digər variantlar arasında Səudiyyə Ərəbistanı və ya karyerasını Avropada davam etdirmək də var.
Qeyd edək ki, Levandovskinin "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.











