"Real"ın liderlərindən Vinisius Junior karyerasını davam etmək istədiyi klubla bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, Braziliyalı futbolçu Madrid klubunda qalmaq istədiyini gizlətməyib.

O, İspaniya nəhəngi ilə müqavilənin uzadıla biləcəyinə əmindir.

"Real"da uzun müddət qalmaq istəyirəm. Müqaviləmi uzatmaq? Hələ 1 ilim qalıb. Biz çox sakitik. Prezidentə güvənirəm, o da mənə güvənir, aramızda çox yaxşı münasibətlər var. Bütün məsələləri lazımi vaxtda həll edəcəyik. Tələsməyə ehtiyac yoxdur", - deyə Vinisius bildirib.

25 yaşlı sol cinah oyunçusunun "Real"da hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonunda bitir.

Cari mövsümündə Vinisius bütün yarışlarda 30 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest