21 Yanvar 2026, 13:00
TOP OYUNLARI
Voleybol üzrə qadınlar arasında keçirilən Yüksək Liqanın IX turunda "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə qarşılaşıb.
Matc.az xəbər verir ki, oyun "DH Volley"in 3:0 (25:23, 25:17, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda turnir cədvəlində "Turan" 24 xalla birinci, "DH Volley" isə 18 xalla ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komandanın növbəti matçı yanvarın 22-də baş tutacaq. "Abşeron" - "DH Volley" görüşü saat 18:00-da AVF-nin idman zalında baş tutacaq.












