20 Yanvar 2026, 18:22
FUTBOL
"Vest Hem"in yarımmüdafiəçisi Sunqutu Maqassa karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul nəhəngi Maqassanı satınalma bəndi ilə icarəyə götürmək üçün London klubuna təklif göndərib. Klublar arasında müzakirələr davam edir.
Qeyd edək ki, Sunqutu Maqassa bu mövsüm "Vest Hem"in heyətində keçirdiyi 15 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












