“Mançester Siti”nin yeni mərkəz müdafiəçisi Mark Qehinin klubla bağladığı müqavilənin maliyyə detalları açıqlanıb.

Matc.az "Transfermarkt" portalına istinadən xəbər verir ki, "şəhərlilər"in yeni transferinin illik maaşı 18 milyon avro təşkil edir.

Komandada Qehidən daha çox qazanan yalnız Erlinq Holanddır. Norveçli hücumçunun illik məvacibi 31,5 milyon avroya çatır.

Klubun ən çox maaş alan futbolçularının siyahısında Gehi ikinci yeri portuqaliyalı yarımmüdafiəçi Bernardu Silva ilə bölüşür. Bir qədər aşağıda isə illik maaşı 17,7 milyon avro olan misirli forvard Omar Marmuş qərarlaşıb.

Qeyd edək ki, "Mançester Siti" Mark Qehini "Kristal Pelas"dan 23 milyon avroya transfer edib. 25 yaşlı müdafiəçi İngiltərə milli komandasının heyətində 26 oyun keçirib və yığmanın müdafiə xəttinin əsas fiqurlarından biri hesab olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest