"Fiorentina" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Lids Yunayted"dən Cek Harrisonu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Fiorentina" 7 milyon avro ödəməklə ingiltərəli vingerin transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, Cek Harrison mövsümün ilk yarısında "Lids Yunayted"in heyətində 13 rəsmi oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest