16 Yanvar 2026, 09:20
FUTBOL
"Atalanta" hücumçu Cakomo Raspadorinin "Atletiko"dan birdəfəlik transfer etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hücumçu 18 nömrəli formanı seçib.
25 yaşlı hücumçu Madrid klubuna 2025-ci ilin avqustunda "Napoli"dən keçib. "Atletiko"da oynadığı müddətdə hücumçu 15 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. İtaliya millisinin üzvü ümumilikdə 424 dəqiqə meydanda olub.
Raspadorinin Madrid klubu ilə müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulmuşdu. "Transfermarkt"da hücumçunun dəyəri 22 milyon avrodur.












