"Real"ın hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 20-ci turunda "Levante" ilə görüşdə oynamayacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "L'Equipe" nəşri yayıb.

Fransız futbolçu daha əvvəl Kral Kubokunun 1/8 final mərhələsində səfərdə "Albasete" (3:2) ilə matçı da buraxmışdı.

Qeyd edək ki, Madrid klubu dekabrın 31-də Mbappenin sol dizindəki bağın dartıldığını açıqlayıb. O vaxtdan bəri hücumçu yalnız İspaniya Superkubokunun finalında "Barselona"ya qarşı (2:3) oynayıb. O, 76-cı dəqiqədə ehtiyat oyunçular skamyasından meydana çıxıb.

Bu mövsüm Mbappe Madrid klubunda bütün yarışlarda 25 oyun keçirib, 29 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest