"Şaxtyor"un müdafiəçisi Efim Konoplya karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Everton" ukraynalı futbolçunu transfer etmək istəyir. 26 yaşlı sağ cinah müdafiəçisinin Donetsk təmsilçisi ilə müqaviləsi yayda başa çatır. Bu da onun İngiltərə klubuna keçmək ehtimalını artırır.

Qeyd edək ki, Efim Konoplya bu mövsüm "Şaxtyor"un heyətində keçirdiyi 19 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest