"Roma" heyətinə yeni hücumçu cəlb edib.

Matc.az xəbər verir ki, A Seriyası nəhəngi "Marsel"dən Robinio Vajı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Canavarlar" fransalı forvard üçün onun klubuna 22 milyon avro təzminat ödəyib. 18 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Robinio Vaj mövsümün ilk yarısında "Marsel"in heyətində keçirdiyi 19 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest