Azərbaycanlı vingerlə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

"Dinamo" Ülvi Babayevin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanlı vingerlə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Ülvi Babayev bu mövsüm "Dinamo"nun heyətində keçirdiyi 15 oyunda 5 qol vurub. AFFA 21 yaşlı futbolçunu Azərbaycan millisinə cəlb etmək istəsə də, o, Rusiyanı seçib. Babayev hazırda Rusiyanın U-21 yığmasının üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest