Səudiyyə Ərəbistanı klubu "Əl-İttihad" fransız yarımmüdafiəçisi Nqolo Kante üçün "Fənərbaxça"nın rəsmi təklifini rədd edib.

Matc.az xəbər verir ki, bu barədə Nikola Şira məlumat yayıb.

Klub rəhbərliyi ulduz oyunçusu ilə ayrılmaq niyyətində olmadığını açıq şəkildə bildirib. Baş məşqçi Serjio Konseysau Kanteni layihəsində əsas fiqur hesab edərək mümkün satışa veto qoyub.

"Əl-İttihad" ən yaxşı oyunçularını itirmək əvəzinə heyətini gücləndirməyi planlaşdırır. Məşqçi bu qış "transfer pəncərəsi" zamanı heyəti gücləndirmək üçün yeni oyunçular əldə etməyi gözləyir.

Qeyd edək ki, Kantenin Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi cari 2025/26 mövsümünün sonuna qədərdir.

Qeyd edək ki, fransız yarımmüdafiəçi 2023-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı klubuna keçib. Nqolo "Əl-İttihad"da 101 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest