15 Yanvar 2026, 10:14
FUTBOL
Türkiyə Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.
Matc.az xəbər verir ki, C qrupunda "Fənərbaxça" səfərdə "Bəyoğlu Yeni Çarşı"nın qonağı olub. Qarşılaşma Super Liqa təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
2 turdan sonra "Fənərbaxça"nın aktivində 3 xal var. "Bəyoğlu Yeni Çarşı" isə hər iki matçda uduzub.
"Bəyoğlu Yeni Çarşı" - "Fənərbaxça" 0:1
Qol: Anderson Talişka, 82


_1768477185.jpg)









