"Beşiktaş" yayda heyətinə qata bilmədiyi Lukas Vaskes üçün yenidən hərəkətə keçib.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

İstanbul nəhəngi "Bayer"də ümidləri doğrultmayan ispaniyalı futbolçunu bu ay heyətinə qatmağı planlaşdırır. "Qara qartallar" 34 yaşlı sağ cinah müdafiəçisi üçün Almaniya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Lukas Vaskes mövsümün əvvəlində "Bayer"ə keçib. Təcrübəli oyunçu Leverkuzen təmsilçisinin heyətində keçirdiyi 7 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest