"İnter" "Hayduk"un müdafiəçisi Branimir Mlaçiçi transfer edəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. Milan təmsilçisi 18 yaşlı mərkəz müdafiəçisi üçün Xorvatiya klubuna 5 milyon avro təzminat ödəyəcək.

Xorvatiya U-21 millisinin üzvü qarşıdakı günlərdə tibbi müayinədən keçdikdən sonra "İnter"lə müqavilə imzalayacaq.

Qeyd edək ki, Branimir Mlaçiç bu mövsüm "Hayduk"un heyətində keçirdiyi 18 oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest