14 Yanvar 2026, 15:53
FUTBOL
"Beşiktaş" "Borussiya"nın yarımmüdafiəçisi Salih Özcanı transfer etmək fikrindən daşınıb.
Matc.az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb.
İstanbul nəhəngi Türkiyə millisinin üzvü ilə maaş məsələsində anlaşa bilməyib. "Qara qartaallar" yarımmüdafiə xəttini üçün başqa alternativlərə yönəlib.
Qeyd edək ki, Salih Özcan bu mövsüm "Borrusiya"nın heyətində 4 oyunda cəmi 21 dəqiqə meydanda olub.












