Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun prezidenti Anmar Əl-Xaili son müsahibəsində “İnter Mayami”də çıxış edən Lionel Messiyə açıq təkliflə müraciət edib.

Matc.az xəbər verir ki, o, argentinalı ulduzu komandada görmək istədiyini deyib:

“Əgər Messi "Əl-İttihad"la müqavilə imzalamağa razılaşsa, ona elə bir müqavilə təklif edəcəyəm ki, istədiyi məbləği və arzuladığı istənilən müddəti özü yaza bilsin. Mənim üçün pulun ümumiyyətlə heç bir əhəmiyyəti yoxdur. Mən sadəcə Messini klubumda görmək istəyirəm. Çünki bu, futbol tarixinin ən böyük oyunçusuna sahib olmaq deməkdir"

Lionel Messi ötən mövsüm MLS-də 49 oyunda meydana çıxıb, 43 qol vurub və 26 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest