13 Yanvar 2026, 13:20
FUTBOL
"Tottenhem" "Atletiko"nun yarımmüdafiəçisi Konor Qallaherin transferini yekunlaşdırmaq üzrədir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İspaniya klubu London təmsilçisinin 40 milyon avroluq təklifini qəbul edib. "Tottenhem"ingiltərəli futbolçu ilə də 5,5 illik müqavilənin şərtlərini razılaşdırıb. 25 yaşlı oyunçu yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Konor Qallaher bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 29 oyunda 3 qol vurub.








_1768305565.jpg)



