"Leyptsiq"in futbolçusu Timo Verner karyerasını ABŞ-də davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Almaniyalı vinger "San-Xose Ertkveyks"ə keçəcək. Artıq klublar arasında razılıq əldə olunub. 29 yaşlı oyunçu yaxın günlərdə MLS təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Timo Verner bu mövsüm "Leypziq"in heyətində Bundesliqada 3 oyunda 13 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest