12 Yanvar 2026, 19:55
FUTBOL
"Brügge"nin yarımmüdafiəçisi Rafael Onyedika karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Africafoot" məlumat yayıb.
"Qalatasaray" nigeriyalı futbolçunu transfer etmək istəyir. Belçika təmsilçisi "sarı-qırmızılar"ın 23 milyon avroluq təklifini qəbul edib. 24 yaşlı dayaq yarımmüdafiəçisinin özü ilə də 3+1 illik müqavilənin şərtləri razılaşdırılıb.
Qeyd edək ki, Rafael Onyedika bu mövsüm "Brügge"nin heyətində keçirdiyi 23 oyunda 2 qol vurub.












