"Portu" baş məşqçi Françesko Fariolinin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Françesko Farioli mövsümün əvvəlində "Portu"nun baş məşqçisi vəzifəsinə təyin olunub. "Əjdahalar" ölkə çempionatında 17 turdan sonra 16 qələbə qazanıb, 1 heç-heçə edib və liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest