"Kristal Pelas"ın hücumçusu Jan-Filip Mateta karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.

"Yuventus" fransalı forvardı transfer etmək istəyir. Turin təmsilçisi 28 yaşlı futbolçu üçün 20-25 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Fransa millisinin üzvü olan Jan-Filip Mateta bu mövsüm "Kristal Pelas"ın heyətində keçirdiyi 32 oyunda 10 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest