"Panatinaikos"un futbolçusu Tete karyerasını ölkəsində davam etdirəccək.

Matc.az xəbər verir ki, "Qremio" braziliyalı vingeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Üçrənglilər" Tete üçün Yunanıstan klubuna 6,2 milyon avro təzminat ödəyib. 26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Panatinaikos" Teteni 2024-cü ilin yayında "Qalatasaray"dan transfer etmişdi. "Sambaçı" bu mövsüm Afina təmsilçisinin heyətində keçirdiyi 27 oyunda 2 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest