"Real" rəhbərliyi baş məşqçi Xabi Alonsonun istefasını planlaşdırmır.
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
İspaniya Superkubokunun finalında Barselonaya 2:3 hesablı məğlubiyyətə baxmayaraq, komandanın nəticələri və oyun keyfiyyəti tədricən yaxşılaşdığına inam var.
Madrid təmsilçisi komandanın gələcək inkişafı üzərində Alonsonun rəhbərliyi altında işləmək niyyətindədir. Yaxın dövrdə əsas diqqət futbolçuların fiziki hazırlığının gücləndirilməsinə və heyətin sabitliyinə təsir göstərən zədələrin sayının azaldılmasına yönəldiləcək.
Klubda əmindirlər ki, məhz bu istiqamətlər mövsümün ikinci yarısında nəticələrin stabilləşməsi və komandanın irəliləyişi üçün həlledici rol oynayacaq.
Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlində "Real"ın baş məşqçisi vəzifəsinə təyin olunub.








_1768217439.jpg)
_1768216594.jpg)


