İstanbulun "Qalatasaray" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer etmək üçün aktiv işə başlayıb.
Matc.az xəbər verir ki, bu barədə Nikola Şira məlumat yayıb.
Türkiyə nəhəngi portuqaliyalı yarımmüdafiəçinin transferini iyul ayında azad agent kimi başa çatdırmaq məqsədilə danışıqlara başlayıb.
İlkay Gündoğan potensial transferdə əsas rol oynaya bilər. Alman yarımmüdafiəçi "Siti"də birlikdə oynadıqları vaxtdan bəri Silvanın ən yaxşı dostlarından biri olub.
Gündoğanın artıq portuqaliyalı ilə danışdığı və bu danışıqlar zamanı "Qalatasaray"ın idman layihəsi haqqında yüksək fikirlər səsləndirdiyi, keçmiş komanda yoldaşını komandaya qoşulmağa razı salmağa çalışdığı bildirilir.
31 yaşlı yarımmüdafiəçi bu mövsüm "Mançester Siti"də 28 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.
Portuqaliyalı yarımmüdafiəçinin klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Onun transfer dəyəri hazırda 32 milyon avro olaraq qiymətləndirilir.












