11 Yanvar 2026, 17:30
FUTBOL
"Liverpul"un müdafiəçisi Konor Bredli "Arsenal"la oyunda aldığı diz zədəsi səbəbindən 2025/26 mövsümünün qalan hissəsini buraxacaq.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 22 yaşlı futbolçu diz zədəsi səbəbiylə əməliyyata olunacaq, lakin əlavə məlumat verməyib.
Qeyd edək ki, Bredli bu mövsüm bütün yarışlarda 21 oyun keçirib, 2 məhsuldar ötürmə edib və 7 sarı vərəqə alıb.
"Liverpul" hazırda İngiltərə Premyer Liqasında 35 xalla dördüncü yerdədir. Turnir cədvəlinin lideri "Arsenal" "Liverpul"dan 14 xal qabaqdadır.












