"Mançester Yunayted"in müvəqqəti baş məşqçisi Darren Fletçer klubun daimi menecer axtarışı fonunda perspektivləri barədə danışıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN paylaşıb.

"Gələcəyimlə bağlı həmişə sakit olmuşam. Baş məşqçi olmaqdan zövq almışam, bu doğrudur. Düşünürəm ki, buna hazır idim.

Öyrənmək üçün vaxtım olub, hələ də var və mövsümün sonuna qədər komanda ilə işləməyə hazıram. Əgər bu baş verməsə, mənim üçün də problem deyil. 18 yaşadək futbolçulardan ibarət komandanın məşqçiliyinə qayıtmaqdan məmnun olaram", - Fletçer deyib.

Qeyd edək ki, Fletçer "Mançester Yunayted" ilə yolları ayrılan baş məşqçisi Ruben Amorimi əvəz edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest