PSJ-nin baş məşqçisi Luis Enrike 2027-ci ilin yayında müqaviləsi başa çatdıqda Paris klubundan ayrıla bilər. İspan məşqçi başqa bir klubda yeni həyəcan və təcrübə axtarır.

Matc.az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.

Daha əvvəl Fransa nəhənginin idman direktoru Luis Kampos 55 yaşlı mütəxəssisin PSJ-dən ayrılacağı ilə bağlı xəbərləri təqzib etmişdi.

Qeyd edək ki, Enrike 2023-cü ilin yayından bəri Paris klubunun baş məşqçisidir. Onun rəhbərliyi altında PSJ Çempionlar Liqasını, UEFA Superkubokunu və iki Fransa çempionluğunu qazanıb. Cari Liqa 1 mövsümünün 17 oyunundan sonra Enrikenin komandası 39 xalla ikinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest