"Barselona" hücumçu Markus Reşfordun müqaviləsini cari mövsümün sonunda "Mançester Yunayted"dən almaq niyyətindədir. Bu müqaviləyə artıq daimi transferə icazə verən bənd daxildir.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, futbolçunun oyunu qeyri-sabit olsa da, klubun idman direktorları onu istedadlı və komandanın ən yaxşı oyunçularından biri hesab edirlər. Onun həm cinahda, həm də mərkəz hücumunda oynaya bilən çox yönlülüyü, eləcə də standart zərbələrdən istifadə etmək bacarığı rəhbərlik tərəfindən yüksək qiymətləndirilir.

"Barselona" gələn yay mərkəz hücumçusu mövqeyini gücləndirməyi prioritet hesab edir.

Qeyd edək ki, Markus Reşford 2025-ci ilin iyul ayından "Barselona"da icarə əsasında çıxış edir. O, bütün yarışlarda 25 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest