"Selta"nın müdafiəçisi Oskar Minqeza karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Nyukasl" ispaniyalı sağ cinah müdafiəçisini bu ay transfer etmək istəyir. La Liqa klubu 6 aylıq müqaviləsi qalan 26 yaşlı futbolçunu 10 milyon avroya satmaağa hazırdır.

Qeyd edək ki, Oskar Minqeza cari mövsümdə "Selta"nın heyətində keçirdiyi 21 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest