“Arsenal”ın qapıçısı David Raya İngiltərə Premyer Liqasında qeyri-adi rekordlar müəyyənləşdirməyə davam edir.

Matc.az xəbər verir ki, 21-ci turda “Liverpul”la qolsuz heç-heçə (0:0) ispaniyalı qolkiper üçün “topçular”ın heyətində keçirdiyi və qapısını toxunulmaz saxladığı, eyni zamanda heç bir qurtarış etmədiyi 12-ci oyun oldu.

Qapıçının 2023/24 mövsümündə “Arsenal”a keçidindən bu yana Premyer Liqada heç bir qolkiper "seyv" etmədən bu qədər “quru” oyuna imza atmayıb.

2023/24 mövsümündən etibarən qurtarış etmədən keçirilən “quru” oyunların sayına görə Premyer Liqa qapıçılarının reytinqi:

12 – David Raya (“Arsenal”)
4 – Alisson Bekker (“Liverpul”)
3 – Ederson (“Mançester Siti”)
3 – Din Henderson (“Kristal Pelas”)
3 – Joze Sa (“Volverhempton”)

Ümumilikdə, bu müddət ərzində David Raya İngiltərə çempionatında 39 oyunda qol buraxmayıb ki, bu da çempionatın bütün qapçıları arasında ən yaxşı göstəricidir

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest