09 Yanvar 2026, 00:11
FUTBOL
Nigeriyalı hücumçu Rafiu Durosinmi Çexiya təmsilçisi "Viktoriya"dan "Piza"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı futbolçunun transfer dəyəri 9 milyon avro olub. Müqavilə 30 iyun 2030-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edəl ki, o, "Viktoriya"da 86 oyunda 35 qol vurub və 10 məhsuldar ötürmə edib.












