"Benfika"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya Kubokunun yarımfinalında komandasının "Braqa"ya 3:1 hesabı ilə məğlub olmasından sonra qəribə bir intizam tədbirinə əl atıb. Məşqçi bütün oyunçulara evə qayıtmamağı, gecəni klubun Seyşaldakı məşq bazasında keçirməyi əmr edib.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Seyşala çatanda hər kəs öz otaqlarına gedəcək. Ümid edirəm ki, oyunçular mənim kimi "yaxşı" yatacaqlar - yəni yata bilməyəcəklər. Mən onlara bunu arzulayıram. Onlar yatmasınlar, əksinə, mənim kimi çox düşünsünlər", - deyə portuqaliyalı mütəxəssis bildirib.

Məğlubiyyət "Benfika"nın 11 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub.

Qeyd edək ki, Lissabon təmsilçisi "Mançester Siti"nin keçmiş müdafiəçisi Nikolas Otamendinin qırmızı vərəqə ilə meydandan qovulması səbəbindən oyunu on nəfərlə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest