Kolumbiyalı hücumçu Radamel Falkao "Millonarios"a qayıdıb.

Matc.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun rəsmi saytı məlumat yayıb.

39 yaşlı futbolçu daha əvvəl 2024-cü ilin yanvarından 2025-ci ilin iyuluna qədər bu komandada oynayıb. Lakin müqaviləsini yeniləmədən azad agent olub. O, komandada 29 oyun keçirib və 11 qol vurub.

Falkao həmçinin "River Pleyt", "Porto", "Atletiko", "Monako", "Mançester Yunayted", "Çelsi", "Qalatasaray" və "Rayo Valyekano" kimi klublarda da oynayıb.

O, 2007-ci ildən 2023-cü ilə qədər Kolumbiya millisinin formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest