"Arsenal" və "Liverpul" İngiltərə Premyer Liqasının 21-ci turunun mərkəzi oyununda “Emirates” stadionunda üz-üzə gələcəklər.
Matc.az xəbər verir ki, qarşılaşma ərəfəsində “qırmızılar”ın yarımmüdafiəçisi Dominik Soboslay komanda daxilindəki ab-hava barədə danışıb və çempionluq mübarizəsindəki vəziyyəti dəyərləndirib.
“Premyer Liqa çətin çempionatdır. Yanvar ayında çempion olmaq mümkün deyil. Düşünürəm ki, onlar da bunu bilirlər. Əlbəttə, "Arsenal" mövsümün əsas favoritlərindən biridir, inanılmaz komandadır. Onların həqiqətən də çox yaxşı futbolçuları var. Amma biz "Mançester Siti"ni də, çox yaxşı oyun göstərən "Aston Villa"nı da unutmamalıyıq”.
Qeyd edək ki, "Arsenal" - "Liverpul" oyunu 8 yanvar tarixində Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.












