06 Yanvar 2026, 22:30
FUTBOL
"Mançester Yunayted" və sabiq baş məşqçisi Ole Qunnar Sulşer arasında danışıqlar aparılıb.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Bildirilir ki, norveçli mütəxəssis cari mövsümün sonuna qədər olsa belə, "qırmızı şeytanlar"ı idarə etməyə hazırdır. Şulser son dərəcə motivasiyalıdır və bu işə tam hazırdır. Klub hazırda qərar qəbul edir.
Qeyd edək ki, Şulser 2018-ci ildən 2021-ci ilə qədər "Mançester Yunayted" çalışdırıb.












_1767799613.jpg)