"Fənərbaxça"nın cinah oyunçusu Oğuz Aydın Moskvanın ÇSKA komandasının illik 2,3 milyon avroluq maaş təklifini rədd edib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Elis Buse Araç məlumat yayıb.

Bildirilir ki, 25 yaşlı futbolçu Türkiyədə qalmaq istəyir. Əgər o, "Fənərbaxça"nın start heyətinə düşə bilməsə, "Trabzonspor"a keçmək istəyir. Son qərarı İstanbul klubunun baş məşqçisi Domeniko Tedeskonun verəcəyi vurğulanır.

Qeyd edək ki, bu mövsüm hücumçu bütün yarışlarda 24 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 10 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest