"Bornmut"un futbolçusu Castin Klyuvert əməliyyat olunacaq.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumameyilli yarımmüdafiəçi Premyer Liqanın 20-ci turunun "Arsenal"la matçında (2:3) dizindən zədələnib. Niderland millisinin üzvü uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Castin Klyuvert bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 19 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest