Fransanın “Strasbur” klubunu çalışdıran Liam Rozenyor “Çelsi”nin yeni baş məşqçisi olacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq tərəflər arasında razılaşmanın bütün şərtlərinin razılaşdırıldığını bildirib.

Mütəxəssis özü də gələcək təyinatı ilə bağlı məlumatı açıq şəkildə təsdiqləyib və bu addımın karyerası üçün əhəmiyyətini gizlətməyib:

“Tezliklə dünyanın ən böyük klublarından biri olan "Çelsi"nin yeni baş məşqçisi olacağam”.

London klubu yaxın vaxtlarda müqavilənin imzalanmasını rəsmi şəkildə elan edəcək və yeni baş məşqçini ictimaiyyətə təqdim edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest