06 Yanvar 2026, 11:36
FUTBOL
"Real" Brahim Diasın müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Artıq mərakeşli vingerlə razılıq əldə olunub. 26 yaşlı futbolçunun 2027-ci ilin yayında başa çatan sözləşməsi daha 3 il uzadılacaq.
Qeyd edək ki, Brahim Dias bu mövsüm "Real"ın heyətində keçirdiyi 18 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.






_1767799613.jpg)





