“Xankəndi” Futbol Klubunda yeni kadr təyinatı həyata keçirilib.

Matc.az xəbər verir ki, qarşılıqlı razılaşma əsasında komandanın baş məşqçisi vəzifəsindən ayrılan İbrahim Uzunca, “Xankəndi Futbol Akademiyası”nda uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.

Türkiyəli mütəxəssis yeni vəzifəsində klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Xankəndi” Futbol Klubunun yeni baş məşqçisinin kimliyi ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest